https://news.day.az/azerinews/1869416.html Barselonada etirazlar iğtişaşlara çevrilib - VİDEO Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdır, zibil qutularını yandırırlar. Bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar.

Barselonada etirazlar iğtişaşlara çevrilib - VİDEO

Azərbaycanca, 25 октября 2026 09:08 (UTC +04:00) 252
Barselonada etirazlar iğtişaşlara çevrilib

Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdır, zibil qutularını yandırırlar.

Bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar. Əraziyə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstərsələr də, etirazçılar onları daşqalaq ediblər. Qeyd olunur ki, şəhərdə artan gərginlik səbəbindən yerli mağazalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

 

Qəzet iğtişaş iştirakçılarının əksəriyyətinin gənclər və yeniyetmələr olduğunu bildirib. Onlar şənbə günü səbəbi bəlli olmayan icazəsiz mitinqə toplaşıblar.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmağa müvəffəq olsalar da, etirazçıların kiçik qrupları Barselonanın mərkəzinə səpələnərək dağıntılar törətməkdə davam ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости