https://news.day.az/azerinews/1869420.html Tayvanda “Çampi” tayfunu nəticəsində yüzlərlə insan xəsarət alıb "Çampi" tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub. Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb. Qurum daha əvvəl bir nəfərin həlak olduğunu, 500-dən çox insanın isə xəsarət aldığını bildirmişdi.

Tayvanda “Çampi” tayfunu nəticəsində yüzlərlə insan xəsarət alıb

Azərbaycanca, 25 октября 2026 09:29 (UTC +04:00) 267
Tayvanda “Çampi” tayfunu nəticəsində yüzlərlə insan xəsarət alıb

"Çampi" tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub.

Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb.

 

Qurum daha əvvəl bir nəfərin həlak olduğunu, 500-dən çox insanın isə xəsarət aldığını bildirmişdi. Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub, nəticədə insanlar xəsarət alıblar. Pindun dairəsinin sahilində bir nəfər fırtına dalğasının onu dənizə aparması nəticəsində həlak olub.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Meteoroloqlar fırtına xəbərdarlıqlarını ləğv ediblər. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости