https://news.day.az/azerinews/1869437.html Romada etirazçılar Kolizeyə daxil olmağa cəhd ediblər İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları şəhərin bəzi ərazilərində polislə toqquşmalara çevrilib. Bir qrup nümayişçi qədim Kolizeyin ərazisinə daxil olmağa cəhd göstərsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onları ərazidən uzaqlaşdırıblar. AZƏRTAC xəbər verir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.

Romada etirazçılar Kolizeyə daxil olmağa cəhd ediblər

Azərbaycanca, 25 октября 2026 10:57 (UTC +04:00) 276
Romada etirazçılar Kolizeyə daxil olmağa cəhd ediblər

İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları şəhərin bəzi ərazilərində polislə toqquşmalara çevrilib. Bir qrup nümayişçi qədim Kolizeyin ərazisinə daxil olmağa cəhd göstərsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onları ərazidən uzaqlaşdırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.

Məlumata görə, şəhərin mərkəzi küçələrində etirazçılar daha aqressiv davranıblar. Polis brend mağazaların yerləşdiyi küçələrə, eləcə də Böyük Sirk (Circus Maximus) və Pyatsa-del-Popolo meydanına aparan yolları mühasirəyə alıb.

Nümayişlər, həmçinin Milan, Florensiya, Turin, Bolonya və digər şəhərlərdə də davam edir. Fransa hakimiyyətində olduğu kimi, İtaliya rəhbərliyi də oktyabrın 17-si və 18-də baş verən aksiyalardan sonra təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

"Agence France-Presse" (AFP) agentliyinin İtaliya Daxili İşlər Nazirliyinə istinadla verdiyi son məlumata görə, gün ərzində 371 nəfər saxlanılıb ki, onların da 110-u yeniyetmədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости