https://news.day.az/azerinews/1870199.html Şagirdlərin elektron yerdəyişməsinə başlanılır 4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Azərbaycanca, 28 октября 2026 11:18 (UTC +04:00) 308
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

"Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости