https://news.day.az/azerinews/1871366.html "Araz Supermarket" barədə protokol tərtib olunub Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib. Bu barədə Day.Az-a Agentlikdən bildirilib.

"Araz Supermarket" barədə protokol tərtib olunub

Azərbaycanca, 2 ноября 2026 11:35 (UTC +04:00) 313
"Araz Supermarket" barədə protokol tərtib olunub

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Bu barədə Day.Az-a Agentlikdən bildirilib.

Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Bununla da "Araz Supermarket" "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости