https://news.day.az/azerinews/1871668.html Bazarda bu məhsul bahalaşdı - Fermerlər SƏBƏBİ AÇIQLADI - VİDEO Ötən il soğan satışından zərər edən bəzi fermerlər bu il məhsul əkməkdən imtina ediblər. Day.Az xəbər verir ki, fermerlərin sözlərinə görə, ötən mövsüm tonlarla soğanı sata bilmədikləri üçün məhv etməyə məcbur olublar. Bu il isə torpağın hazırlanmasından məhsulun yığımınadək artan xərclər soğanın maya dəyərinə təsir göstərib.

Bazarda bu məhsul bahalaşdı - Fermerlər SƏBƏBİ AÇIQLADI - VİDEO

Azərbaycanca, 3 ноября 2026 12:51 (UTC +04:00) 232
Bazarda bu məhsul bahalaşdı

Ötən il soğan satışından zərər edən bəzi fermerlər bu il məhsul əkməkdən imtina ediblər.

Day.Az xəbər verir ki, fermerlərin sözlərinə görə, ötən mövsüm tonlarla soğanı sata bilmədikləri üçün məhv etməyə məcbur olublar. Bu il isə torpağın hazırlanmasından məhsulun yığımınadək artan xərclər soğanın maya dəyərinə təsir göstərib. Fermerlər bir hektar sahənin əkini, toxum, texnika və digər işlər üçün ciddi vəsait xərclədiklərini bildirirlər.

Hazırda fermerlər soğanın bir kiloqramını yerində alverçilərə təxminən 60 qəpiyə satdıqlarını deyirlər. Paytaxt bazarlarında isə məhsulun qiyməti 85 qəpikdən 1 manatadək dəyişir. İqtisadçıların sözlərinə görə, ölkədə soğan istehsalı daxili tələbatı ödəsə də, fermerlərin məhsulu birbaşa bazara çıxara bilməməsi, vasitəçilərin fəaliyyəti qiymət fərqinə səbəb olur. Bu il istehsalın 8-10 faizi Gürcüstan və Rusiya bazarlarına ixrac edilib.

Mütəxəssislər artan xərclərin səbəbləri arasında əlverişsiz hava şəraitini də göstərirlər. Yağıntıların çox olması sahələrdə xəstəliklərin yayılmasına, yığılan məhsulun qurudulması üçün əlavə xərc çəkilməsinə səbəb olub. Qeyd edək ki, 2026-cı ildə ölkə üzrə 12 min 300 hektar sahədə soğan əkilib, 346 min tondan çox məhsul əldə olunub.

Ətraflı "İctimai TV"-nin videoamaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости