https://news.day.az/azerinews/1871762.html Baş nazir öz ölkəsində "arzuolunmaz şəxs" elan olundu İspaniyanın Mursiya muxtar icmasının parlamenti ölkənin Baş naziri Pedro Sançesi arzuolunmaz şəxs (persona non grata) elan etmək barədə təklifi təsdiqləyib. Day.Az xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb.

Baş nazir öz ölkəsində "arzuolunmaz şəxs" elan olundu

Azərbaycanca, 3 ноября 2026 16:49 (UTC +04:00) 267
Baş nazir öz ölkəsində "arzuolunmaz şəxs" elan olundu

İspaniyanın Mursiya muxtar icmasının parlamenti ölkənin Baş naziri Pedro Sançesi arzuolunmaz şəxs (persona non grata) elan etmək barədə təklifi təsdiqləyib.

Day.Az xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qanunverici məclis bu addımla Sançesin fəaliyyətinin "zərərli nəticələrinə qarşı institusional və ictimai narazılığı" nümayiş etdirmək istəyir. Bu qərarın hüquqi baxımdan məcburi qüvvəsi yoxdur.

"Cadena SER" radiostansiyasının məlumatına görə, təşəbbüs mühafizəkar Xalq Partiyası və ifrat sağçı "Vox" siyasi qüvvəsi tərəfindən dəstəklənib.

Mursiya parlamenti İspaniya hökumətinin başçısı barəsində belə qərar qəbul edən ilk regional qanunverici orqan olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости