Qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər: Gündə bir ovuc kifayətdir
İspaniyada aparılan araşdırmaya görə, səkkiz həftə ərzində hər gün 40 qram qoz istehlak etmək əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. Tədqiqatda 20-35 yaş arası 31 sağlam şəxs iştirak edib.
Day.Az xəbər verir ki, alimlər qoz qəbul edən iştirakçıların sidiyində serotoninin parçalanma məhsulu olan 5-HIAA maddəsinin səviyyəsinin artdığını müəyyən ediblər. Bu göstəricinin yüksək olması daha yaxşı əhval-ruhiyyə ilə əlaqələndirilib.
Qoz omeqa-3 yağ turşuları, triptofan, lif və polifenollarla zəngindir. Mütəxəssislərə görə, gündə 30-40 qram qoz istehlakı ürək və beyin sağlamlığını dəstəkləməklə yanaşı, psixoloji rifaha da müsbət təsir göstərə bilər. Bununla belə, nəticələri təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре