https://news.day.az/azerinews/1871960.html Azərbaycanda gömrük güzəştlərinin illik həcmi 3 milyard manata yaxındır Azərbaycanda gömrük orqanları xətti ilə tətbiq edilən güzəşt və azadolmaların illik həcmi təxminən 3 milyard manat təşkil edir.

Azərbaycanda gömrük güzəştlərinin illik həcmi 3 milyard manata yaxındır

Azərbaycanca, 4 ноября 2026 13:46 (UTC +04:00) 244
Azərbaycanda gömrük güzəştlərinin illik həcmi 3 milyard manata yaxındır

Azərbaycanda gömrük orqanları xətti ilə tətbiq edilən güzəşt və azadolmaların illik həcmi təxminən 3 milyard manat təşkil edir.

Day.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2027-ci ildə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 6 milyard 868 milyon manat daxilolma proqnozlaşdırılır.

O bildirib ki, növbəti ildə idxal həcminin 32,2 milyard manata çatacağı gözlənilir. Güzəşt və azadolmaların daxilolmalara azaldıcı təsiri nəzərə alınmaqla, gömrük daxilolmalarının idxal həcminə nisbəti 2026-cı ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı olacaq.

"Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin gəlirləri 2025-ci ildə 3,5 faiz kəsirlə icra edilib. 2026-cı ilin ilk doqquz ayında isə 6 milyard 862 milyon manat illik proqnoza qarşı icra səviyyəsi 72,5 faiz təşkil edib", - deyə V.Gülməmmədov bildirib.

Palata sədri əlavə edib ki, 2027-ci ildə gömrük daxilolmalarının hər 100 manatı üçün inzibati xərclərin 3,73 manat olacağı gözlənilir. Bu göstərici beynəlxalq qiymətləndirmələrdə orta-effektiv səviyyə hesab olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости