https://news.day.az/azerinews/1873354.html ABŞ-də zavodda kimyəvi sızma baş verib ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən "POM Wonderful" şirkətinin zavodunda kimyəvi sızma baş verib. Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə "ABC News" məlumat yayıb.

ABŞ-də zavodda kimyəvi sızma baş verib

Azərbaycanca, 10 ноября 2026 09:04 (UTC +04:00) 338
ABŞ-də zavodda kimyəvi sızma baş verib

ABŞ-ın Kaliforniya ştatında nar şirəsi istehsal edən "POM Wonderful" şirkətinin zavodunda kimyəvi sızma baş verib. Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə "ABC News" məlumat yayıb.

Şirkətin məlumatına görə, sənaye təmizləyici vasitənin boru kəmərinə tökülməsi nəticəsində zəhərli buxarlar ətrafa və yaxınlıqdakı binalara yayılıb. Hadisə ilə əlaqədar zavoddan 150-dən çox işçi təxliyə edilib.

 

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisədən yerli sakinlərə və ətraf mühitə zərər dəyməyib. Boru kəməri təmir olunduqdan sonra zavod fəaliyyətini bərpa edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости