https://news.day.az/azerinews/1874469.html Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycanca, 15 ноября 2026 11:13 (UTC +04:00) 213
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.

Fürsətdən istifadə edərək Sizi ad gününüz münasibətilə də təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Fələstin xalqının əmin-amanlığı və rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости