Azərbaycan NATO-nun “Xeyriyyə Bazarı”nda iştirak edib - FOTO
NATO mənzil-qərargahında növbəti "NATO Xeyriyyə Bazarı" keçirilib. Ənənəvi olaraq, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Nümayəndəliyindən məlumat verilib.
Məlumata əsasən, 40-a yaxın ölkənin iştirak etdiyi Xeyriyyə Bazarında "Hyatt Regency Baku"-nun sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət edib.
Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре