https://news.day.az/azerinews/1875262.html Bu məhsulların qiyməti artıb - VİDEO Son illər Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Balıq, uşaq qidaları, quru meyvələr və təbii kərə yağı bir çox ailə üçün əlçatmaz məhsullara çevrilib.

Bu məhsulların qiyməti artıb - VİDEO

Azərbaycanca, 18 ноября 2026 14:57 (UTC +04:00) 291
Bu məhsulların qiyməti artıb

Son illər Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Balıq, uşaq qidaları, quru meyvələr və təbii kərə yağı bir çox ailə üçün əlçatmaz məhsullara çevrilib. Sakinlər bildirirlər ki, gündəlik tələbatlarını qarşılamaq üçün belə seçim etmək, bəzi məhsulları isə yalnız endirim zamanı almaq məcburiyyətində qalırlar.

Day.Az xəbər verir ki, iqtisadçı ekspert Asif İbrahimovun sözlərinə görə, inflyasiya, istehsal və logistika xərcləri, eləcə də idxaldan asılılıq əhalinin alıcılıq qabiliyyətini zəiflədir.

Maaş və pensiyaların artması da qiymət artımı fonunda real gəlirlərin yüksəlməsinə kifayət etmir. Ekspert problemin həlli üçün yerli istehsalın genişləndirilməsini, rəqabət mühitinin gücləndirilməsini və idxaldan asılılığın azaldılmasını vacib hesab edir.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz, ərzaq məhsulları üzrə isə 6,8 faiz artıb. Bahalaşma yalnız ərzaq bazarı ilə məhdudlaşmır, geyim, ayaqqabı, məişət texnikası və avtomobil xərclərində də hiss olunur. Mövcud vəziyyət daxili istehsalın artırılmasını və bazarda sağlam rəqabətin təmin edilməsini zərurətə çevirir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости