https://news.day.az/azerinews/1875268.html Dövlət qulluğu imtahanında iki fənn ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA Bir sıra KİV-lərdə Dövlət qulluğu imtahanında iki fənnin ( Azərbaycan dili və İnformatika) ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib. Day.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq, bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

Dövlət qulluğu imtahanında iki fənn ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 18 ноября 2026 15:27 (UTC +04:00) 287
Dövlət qulluğu imtahanında iki fənn ləğv ediləcək?

Bir sıra KİV-lərdə Dövlət qulluğu imtahanında iki fənnin ( Azərbaycan dili və İnformatika) ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq, bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

"Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости