https://news.day.az/azerinews/1877097.html Dünyada qızılca sürətlə yayılır: Yoluxma rekord həddə çatıb COVID-19 pandemiyası zamanı peyvənd proqramlarında yaranan fasilələr, dezinformasiya və peyvənddən imtina halları dünyada qızılcanın yayılmasını sürətləndirib. Day.Az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, səhiyyə xərclərinin azaldılması və yoxsul ölkələrə ayrılan yardımların ixtisarı da bu vəziyyətə təsir göstərib.

Dünyada qızılca sürətlə yayılır: Yoluxma rekord həddə çatıb

Azərbaycanca, 26 ноября 2026 04:20 (UTC +04:00) 267
Dünyada qızılca sürətlə yayılır:

COVID-19 pandemiyası zamanı peyvənd proqramlarında yaranan fasilələr, dezinformasiya və peyvənddən imtina halları dünyada qızılcanın yayılmasını sürətləndirib.

Day.Az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, səhiyyə xərclərinin azaldılması və yoxsul ölkələrə ayrılan yardımların ixtisarı da bu vəziyyətə təsir göstərib.

UNICEF-in məlumatına əsasən, ABŞ, Meksika və Boliviya qızılcadan azad ərazilər statusunu itirib. ABŞ-də bir il ərzində 5,4 mindən çox, Meksikada 13,9 mindən çox yoluxma qeydə alınıb. Boliviyada isə 100-dən çox yoluxma təsdiqlənib. ABŞ-də yoluxanların 96 faizi peyvənd olunmayan və ya peyvənd vəziyyəti məlum olmayan şəxslərdir.

UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib ki, 2000-ci ildən bəri qızılca peyvəndi təxminən 59 milyon insanın həyatını xilas edib. Mütəxəssislər peyvəndlənmə səviyyəsinin aşağı düşməsinin xəstəliyin yenidən geniş yayılmasına səbəb olduğunu vurğulayaraq, əldə olunan nəticələrin qorunmasının vacibliyini qeyd edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости