Buzlu və yaş yollarda sürücülər bu qaydalara əməl etməlidir
Yağışlı və şaxtalı havalarda avtomobil idarə etmək sürücülər üçün ciddi təhlükə yaradır.
Day.Az xəbər verir ki, rusiyalı avtomobil eksperti Dmitri Popovun sözlərinə görə, islaq yollarda əyləc məsafəsi təxminən iki dəfə artır.
Məsələn, saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilin əyləc məsafəsi normal şəraitdə 17 metr olduğu halda, islaq yolda 30-35 metrə çata bilər.
Ekspert bildirib ki, buzlu yollarda, xüsusilə uyğun təkərlər olmadıqda, avtomobilin idarəetməsini itirmək riski artır. Sürüşmə zamanı avtomobilin ötürücü sistemindən asılı olaraq düzgün reaksiya vermək vacibdir: önötürücülü avtomobillərdə sükan sürüşmə istiqamətinə çevrilməli, arxaötürücülü avtomobillərdə isə qaz pedalı buraxılmalıdır.
Popov sürücülərə qış mövsümündə sürət həddinə və ara məsafəsinə ciddi əməl etməyi, qəfil sürətlənmə və sərt tormozlamadan çəkinməyi tövsiyə edib. O, həmçinin sürüşmə zamanı avtomobilə nəzarəti öyrənmək üçün əvvəlcədən boş meydançalarda məşq etməyin vacibliyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре