https://news.day.az/azerinews/1877100.html Bir gözdə qəfil qaralma korluğun xəbərçisi ola bilər Bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə itkisi ciddi damar tutulmasının əlaməti ola bilər. Ağrısız baş verən bu hal vaxtında müalicə olunmadıqda qalıcı korluğa səbəb ola bilər. Hətta bir neçə dəqiqə davam edib öz-özünə keçən görmə itkisi də insult riskindən xəbər verə bilər.

Bir gözdə qəfil qaralma korluğun xəbərçisi ola bilər

Azərbaycanca, 26 ноября 2026 05:32 (UTC +04:00) 222
Bir gözdə qəfil qaralma korluğun xəbərçisi ola bilər

Bir gözdə qəfil qaralma, bulanıqlıq və ya görmə itkisi ciddi damar tutulmasının əlaməti ola bilər. Ağrısız baş verən bu hal vaxtında müalicə olunmadıqda qalıcı korluğa səbəb ola bilər. Hətta bir neçə dəqiqə davam edib öz-özünə keçən görmə itkisi də insult riskindən xəbər verə bilər.

Day.Az xəbər verir ki, türkiyəli həkim Hande Çeliker bildirib ki, retina damarlarının tutulması gözün qan dövranını pozaraq görməyə ciddi zərər vurur.

Yüksək qan təzyiqi, şəkərli diabet, xolesterinin yüksək olması, ürək-damar xəstəlikləri və siqaret istifadəsi bu riskləri artırır. Xüsusilə retina arteriyasının tutulması təcili tibbi müdaxilə tələb edir.

Mütəxəssislər bir gözdə qəfil görmə itkisi, qaralma və ya bulanıqlıq yarandıqda, əlamətlər sonradan keçsə belə, gözləmədən təcili tibbi yardıma müraciət etməyi tövsiyə edirlər. Çünki görmənin bərpası təhlükənin aradan qalxdığı anlamına gəlmir və vaxtında müayinə mümkün insult riskinin müəyyənləşdirilməsi baxımından da vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости