https://news.day.az/azerinews/1877690.html Qayğanağı bu türk yeməyi ilə əvəz edin – Liflə zəngindir Adi qayğanağı daha faydalı və qidalı səhər yeməyinə çevirmək üçün Türkiyə mətbəxinin məşhur yeməyi olan menemeni sınamaq olar. Day.Az xəbər verir ki, yumurta, pomidor və bibərdən hazırlanan bu yemək həm dadlıdır, həm də tərkibindəki tərəvəzlər sayəsində orqanizmin lif ehtiyacının ödənilməsinə kömək edir.

Qayğanağı bu türk yeməyi ilə əvəz edin – Liflə zəngindir

Azərbaycanca, 28 ноября 2026 01:38 (UTC +04:00) 434
Qayğanağı bu türk yeməyi ilə əvəz edin

Adi qayğanağı daha faydalı və qidalı səhər yeməyinə çevirmək üçün Türkiyə mətbəxinin məşhur yeməyi olan menemeni sınamaq olar.

Day.Az xəbər verir ki, yumurta, pomidor və bibərdən hazırlanan bu yemək həm dadlıdır, həm də tərkibindəki tərəvəzlər sayəsində orqanizmin lif ehtiyacının ödənilməsinə kömək edir.

Menemenin əsas üstünlüklərindən biri pomidor və bibərin liflə zəngin olmasıdır. Bir stəkan doğranmış pomidorda təxminən 2,16 qram, bolqar bibərində isə 3 qrama yaxın lif var. Halbuki yetkin insanların gündəlik lif ehtiyacı təxminən 25-38 qram təşkil edir.

Mütəxəssislər menemenin qida dəyərini artırmaq üçün onu çovdar və ya tam taxıllı çörəklə, həmçinin avokado ilə yeməyi tövsiyə edirlər. Xüsusilə yarım avokado və bir dilim çovdar çörəyi ilə birlikdə bu səhər yeməyi 16 qrama qədər lif təmin edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости