Bu ölkədə məktəblərdə yeni geyim qaydaları təsdiqləndi
İtaliya parlamentinin Deputatlar Palatası məktəblərdə niqab və burka geyinilməsini qadağan edən, həmçinin siniflərdə xarici mənşəli şagirdlərin sayını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Day.Az xəbər verir ki, "Euronews" telekanalının məlumatına görə, qanun layihəsi 142 lehinə, 112 əleyhinə səslə qəbul edilib, 4 deputat bitərəf qalıb.
Senat tərəfindən noyabrın 20-də təsdiqlənən "Scuola" adlı sənəd üzrə yekun səsvermə zamanı müxalifət nümayəndələri "Məktəbdə yad insanlar yoxdur" yazılmış plakatlarla etiraz ediblər.
Sənədə əsasən, birinci siniflərdə xarici mənşəli şagirdlərin sayı 30 faizlə məhdudlaşdırılacaq. İtalyan dilini kifayət qədər bilən şagirdlər bu məhdudiyyətdən istisna olunacaq. Bundan başqa, məktəblərdə üzü örtən geyimlərin, o cümlədən burka və niqabın geyinilməsi qadağan ediləcək.
Sənəddə məktəb və universitet dərsliklərinin elektron versiyalarının çap nəşrlərinin qiymətinin 50 faizi həcmində təqdim edilməsi də tələb olunur. Bu tədbirin məqsədi tədris materiallarını daha əlçatan etmək və ailələrin xərclərini azaltmaqdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре