https://news.day.az/azerinews/1877837.html Qışda pomidor və bibər yemək niyə tövsiyə edilmir? Qida mütəxəssisləri qış aylarında pomidor və bibər istehlakı ilə bağlı xəbərdarlıq ediblər. Bildirilir ki, yay mövsümünə aid olan bu tərəvəzlər qışda əsasən istixanalarda yetişdirilir və süni istilik şəraitində onların vitamin və faydalı maddələrinin miqdarı azalır.

Qışda pomidor və bibər yemək niyə tövsiyə edilmir?

Azərbaycanca, 29 ноября 2026 02:19 (UTC +04:00) 189
Qışda pomidor və bibər yemək niyə tövsiyə edilmir?

Qida mütəxəssisləri qış aylarında pomidor və bibər istehlakı ilə bağlı xəbərdarlıq ediblər. Bildirilir ki, yay mövsümünə aid olan bu tərəvəzlər qışda əsasən istixanalarda yetişdirilir və süni istilik şəraitində onların vitamin və faydalı maddələrinin miqdarı azalır.

Day.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, xüsusilə bibərin yetişdirilməsi zamanı xəstəlik və zərərvericilərə qarşı daha çox kimyəvi vasitələrdən istifadə oluna bilər. Bu səbəbdən tərəvəzlərin tərkibində pestisid qalıqlarının olması riski də nəzərə alınmalıdır. Qış pomidoru əvəzinə yayda hazırlanmış ev konservləri və tomat pastasından istifadə tövsiyə edilir.

Mütəxəssislər soyuq aylarda pomidor və bibər əvəzinə ispanaq, pırasa, kərəviz, brokkoli, gül kələmi, kələm, kök və turp kimi mövsümi tərəvəzlərə üstünlük verməyi məsləhət görürlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости