https://news.day.az/azerinews/1877838.html Ürək xəstəliklərinə səbəb olan 4 əsas risk faktoru açıqlandı Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi araşdırma ürək-damar xəstəliklərinin əsas risk faktorlarını üzə çıxarıb.

Ürək xəstəliklərinə səbəb olan 4 əsas risk faktoru açıqlandı

Azərbaycanca, 29 ноября 2026 01:25 (UTC +04:00) 239
Ürək xəstəliklərinə səbəb olan 4 əsas risk faktoru açıqlandı

Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi araşdırma ürək-damar xəstəliklərinin əsas risk faktorlarını üzə çıxarıb.

Day.Az xəbər verir ki, nəticələrə görə, infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizində yüksək qan təzyiqi, xolesterin, şəkərin normadan artıq olması və ya tütün istifadəsi kimi amillərdən ən azı biri mövcud olub.

Araşdırmada ən diqqətçəkən məqam yüksək qan təzyiqi ilə bağlıdır. Belə ki, infarkt, insult və ürək çatışmazlığı keçirən şəxslərin 93 faizində xəstəlikdən əvvəl yüksək təzyiq qeydə alınıb. Alimlər bildirirlər ki, qan təzyiqinin hər 5 mmHg azaldılması ürək-damar xəstəlikləri riskinin təxminən 12 faiz aşağı düşməsi ilə əlaqəlidir.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün qan təzyiqi, xolesterin və şəkər səviyyəsini mütəmadi yoxlamağı, siqaretdən uzaq durmağı və mövcud problemləri vaxtında müalicə etməyi tövsiyə edirlər. Araşdırma göstərir ki, infarkt və insult riskini azaltmağın əsas yollarından biri təhlükəli amilləri xəstəlik yaranmadan aşkarlamaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости