https://news.day.az/azerinews/1877877.html “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı - FOTO Bərdədə dəm qazından zəhərlənərək ölən 18 yaşlı Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. O bunu Trend-in Qarabağ bürosuna açıqlamasında qeyd edib. "Sağ böyründə sivri bir iz var idi. Dərisinin altında qan laxtalanmışdı. Baxdım, sonra təhvil verdilər bizə.

“Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı - FOTO

Azərbaycanca, 28 ноября 2026 19:13 (UTC +04:00) 261
“Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı

Bərdədə dəm qazından zəhərlənərək ölən 18 yaşlı Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi məqamları açıqlayıb.

O bunu Trend-in Qarabağ bürosuna açıqlamasında qeyd edib.

"Sağ böyründə sivri bir iz var idi. Dərisinin altında qan laxtalanmışdı. Baxdım, sonra təhvil verdilər bizə. Qızımın dəm qazından zəhərlənib-zəhərlənmədiyini dəqiq deyə bilmərəm. Bunu ekspert müəyyən edəcək", - ana bildirib.

Ana iddia edir ki, qızının mobil telefonunda olan WhatsApp yazışmaları və zəng tarixçəsi silinib.

"Telefonda heç nə saxlanılmayıb. WhatsApp-da olan bütün yazışmalar silinib. Mənə maraqlıdır ki, əgər burada gizlədiləsi bir məqam yoxdursa, WhatsApp yazışmaları və zənglər niyə silinib?", - deyə o bildirib.

Şəlalə Quliyeva qızının həyat yoldaşı ilə münasibətlərində problem olduğunu da iddia edib.

Ana qeyd edib ki, səhər saatlarında qızı yenidən zəng edərək həyat yoldaşı Kənanı yola salıb evə gələcəyini deyib. Daha sonra isə Pərvanə anasına gecə həyat yoldaşının onu qayçı ilə hədələdiyini söyləyib:

"Dedi ki, gecə zəng etməyə qorxmuşam. Kənan qayçını boğazıma dirəyib, deyib ki, getsən, səni öldürəcəyəm. İkimiz də burada öləcəyik, amma qoymayacağam. Kənanı yola salandan sonra taksiyə minib evə gəlib".

Şəlalə Quliyeva qızının təxminən bir ay əvvəl marketdə işləməyə başladığını, eyni zamanda kompüter kursuna getdiyini bildirib. Kənan İmaməliyevin isə Bərdədə dönərxanada çalışdığını qeyd edib.

Ana hadisə ilə bağlı şikayətini aidiyyəti qurumlara çatdırdığını deyib. O, araşdırmanın nəticəsini gözlədiyini bildirib.

Qeyd edək ki, hadisə Bərdə rayonunun Əliyanlı kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
  • “Kənanı yola salandan sonra evə gəlib” – Ölən 18 yaşlı qızın anası danışdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости