https://news.day.az/azerinews/736774.html Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu - FOTO

Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu - FOTO

Azərbaycanca, 11 января 2016 12:36 (UTC +04:00) 1 936
Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı müğənni Afaq Aslan ötən gün paytaxt xəstəxanalarının birində dodaqlarını və burnunu plastik əməliyyat etdirib.

Day.Az bildirir ki, bu barədə Day.Az-a ifaçının özü məlumat verib. O bildirib ki, iki saata nəzərdə tutulmuş əməliyyatı 5 saat çəkib: "İllər öncə naşı bir həkim dodaqlarımın formasını pis hala salmışdı. Dodaqlarıma görə kompleksdə olurdum. Məhz bu səbəbdən həkim Vüqar Ələkbərova müraciət etdim.

O da sağ olsun ki, müraciətimə müsbət yanaşdı. Ancaq əməliyyatım ağır oldu. Çünki 2 saat nəzərdə tutulan əməliyyat 5 saatdan çox çəkdi. Əməliyyat yeni olduğuna üçün danışa bilmirəm. Dodağımla yanaşı burnumu da əməliyyat etdirdim. Hazırda üzümdə şiş var. Hələ bir müddət efirə çıxmayacağam. On gün sonra sarığım açılacaq və yenidən işlərimin başına keçəcəyəm". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu
  • Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu
  • Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu
  • Azərbaycanlı müğənni 5 saat əməliyyat olundu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости