Fatimədən vətənpərvər layihə

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva vətənpərvərlik mövzusunda yeni layihə təqdim etməyə hazırlaşır. Bu barədə Day.Az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, "Laçın" adlı kompozisiya rəqs edib və klip çəkdirib: "Bu yaxınlarda bir neçə sənətçilərlə cəbhə bölgəsinə getdik, əsgərlərimizə baş çəkdik. Onların vətənin keşiyində necə durduğunu görüb, özüm-özümə sual verdim ki, bu anda mən vətənim üçün nə edə bilərəm? Düşündüm ki, rəqqasə olaraq bir rəqs hazırlayım, layihə kimi təqdim edim. Bu hisləri daxildən yaşadığım üçün istəyimi reallaşdırdım. Cəbhə bölgəsindən qayıdan kimi müəllimim Fərhad Vəliyevə müraciət etdim. Belə bir istəyimin olduğunu dedim, razılaşdı. Tez bir zamanda Əlxan Səmədovun repertuarından "Laçın" adlı kompozisiyaya rəqs qurduq. Bu işi layihə şəkilində təqdim edəcəyəm. Artıq rejissor Nail Naiboğlu ilə klip çəkilişlərinə də start vermişik. Klipin montaj işləri gedir. Yaxın günlərdə bu klipə mətbuat konfransı keçirəcəyəm. Təqdimata şou-biznes ulduzlarını dəvət etməyəcəyəm. Yalnız jurnalistlər dəvətli olacaq". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.