"Evdə problem oldu" - Fatimə Amerika səyahətindən danışdı

Day.Az представляет новость на азербайджанском языке

Rəqqasə Fatimə Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

"Amerikanı görmək uşaqlıq arzumdur", - deyən rəqqasə bu səfərindən danışıb: "Azərbaycanımızı, gözəl mahnılarımızı, gözəl rəqslərimizi təmsil etmək üçün getdik. Bu səfərim müğənni Rüfət Axundov ilə birlikdə reallaşdı. Orada Azərbaycan Diasporası tərəfindən bizə mükafat verildi".

Səyahətlərə gedərkən oğlunu aparmayan Fatimə problem yaşayıb: "Artıq hər kəs bilir ki, məni heç vaxt heç bir yerdə tək görə bilməzsiniz. Yalnız qızım Aydanla. O, mənim qayınanamdır. Oğlumla da hər gün "skype"la danışırdıq. Hər gün "whatsapp"da səsini eşidirdim. Bir müddət məndən küsdü. Mən də məhz onun üçün 4 bağlamada köynəklər, şalvarlar aldım apardım. Bir şey yadımdan çıxdı ki, oyuncaq almadım. Buna görə də düz bir gün evimizdə problem oldu".

Rəqqasə onun sevincinə şərik çıxmayanları da qınayıb: "Mən bilmirəm bu nədən irəli gəlir. Sizin kimi bu sualı mənə verənlər var. Bizim insanlar niyə belədir? Hər kəsə aid deyil təbii ki. Onların içini elə bil qurd yeyir. Dözə bilmirlər və öz ifadələrini, daxili sözlərini başlayırlar "İnstagram"da yazırlar. Qızım Aydan deyir ki, mama, sən onlara niyə cavab verirsən ki? Sən ulduzsan. Yazma cavab. Amma mən dözmürəm yazıram".

Fatimə onu gözü götürməyənlər barəsində də dilə gəlib: "Valla, yazırdılar ki, sən burdasan Amerikanı nə üçün reklam edirsən. Biri deyir, sən nə üçün yalan danışırsan? Biri deyir ki, bildik də day, yaxşı. Mən, əslində, gördüyüm işi, sənətimi, məkanları "İnstagram"la təqdim edirəm. Bircə onu demək istəyirəm ki, bəsdirin, belə olmayın. Bir az səmimiyyət olsun. Mən heç kəsdən incimirəm. Çünki 5 barmağın 5-i də eyni deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.