"Yenidən ailə quracağam"

Day.Az представляет новость на азербайджанском языке

Ailə həyatı qursam, rəqsi ataram. Amma tam da yox. 5 ildir subayam. Tək qalmayacam, nə vaxtsa yenidən ailə quracağam. İndi xoşbəxtəm.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "ATV kulis" verilişində deyib.

Sənətçi bildirib ki, ana olmaq arzusundadır: "Amma qadın övladı olandan sonra tam xoşbəxt olur. Hər qadının bir missiyası var - övlad yetişdirmək. Övladım olandan sonra mən də tam xoşbəxt olacağam".

Oksana sənətdə özünə rəqib görmədiyini söyləyib: "Məndən yaxşı rəqs edən ancaq tələbələrimdir. Aktrisalığıma gəldikdə isə... Bu haqda heç nə deyə bilmərəm, amma 1 ildə 5 filmə çəkildim".

Ən yaxın rəfiqəsinin anası olduğunu söyləyən O.Rəsulova həyatının peşmançılığını açıqlayıb: "Bütün sirrlərimi anamla bölüşürəm. Anamın məsləhətinə qulaq asıram. İlk evliliyim həyatımın ən böyük peşmanlığı oldu, kaş onda da anama qulaq asardım. Sevgisiz yaşamaq olmaz, amma bunu fərqli tərəflərə yönəltmək lazımdır. Çalışıram sevgimi kişiyə verməyim. Hələ ki sevgimi işlərimə, ailəmə yönəltmuşəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.