“Instagram”dan daha bir yenilik

Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması "Instagram" daha bir yenilik təqdim edib.

Day.Az xəbər verir ki, yenilik "Metaverse"in əsas oyunçusu olan avatarla bağlıdır.

Belə ki, şirkət həm profil şəklinizi, həm də avatarınızı göstərəcək yeni dinamik profil şəkli funksiyasını elan edib.

Yenilənmə ilə siz indi mövcud və ya yeni profil şəklinizə avatar əlavə edə bilərsiniz və profilinizi ziyarət edənlər iki fotoya baxmaq üçün ikisi arasında keçid edə bilərlər.