Paytaxtda avtobus maşınları biçə-biçə getdi - YENİLƏNİB - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
---------
13:09
Bu gün səhər saatlarında bir neçə minik maşınını əzən avtobusun sürücüsü işə tələsirmiş.
Belə ki, Nərimanov heykəlinin yaxınlığında Yaqub Azər oğlu Qasımovun idarə etdiyi "Daewoo" markalı, 90 MO 168 dövlət nömrə nişanlı avtobusun sürücüsü sürətlə hərəkət edərkən əyləc sistemi işləməyib.
Beləliklə də, 83 saylı marşrutla hərəkət edən sərnişin avtobusu 3 avtomobilə çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü yaralanıb. Lakin xəsarətləri ciddi olmadığı üçün xəstəxanaya göndərilməyib.
Avtobus xəttinin sahibkarı Hikmət Bağırovun anspress-ə verdiyi məlumata görə, hazırda həmin avtobus təmirə göndərilib. Ziyan çəkən vətəndaşlara isə kompensasiya veriləcək. Məsələyə isə şəxsən nəzarət edir.
11:00
Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən "Daewoo" markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobus qəza törədib. Qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Bundan başqa avtobus bir ağacı da aşırdıb.
Milli.Az aznews.az-a istinadən bildirir ki, hadisə yerinə gələn Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə sakinlər arasında narazılıq yaranıb. İnsidentə səbəb qəza edən avtobus sürücüsünün hadisə yerindən qaçması, bundan sonra isə DYP əməkdaşlarının isə zədələnən avtomobillərin cərimə meydançasına aparmaq cəhdi olub. Sakinlər onlara məxsus avtomobillərin yol kənarında dayandığı halda vuraraq qaçan avtobus sürücüsünün hadisə yerinə gəlməsini tələb ediblər. Əks təqdirdə DYP-nin məsələnin aydınlaşdırılması üçün avtomobillərinin cərimə meydançasına aparılmasına imkan verməyəcəklərini bildiriblər.
10:20
Bakı səhəri ağır yol qəzası ilə açıb. Şəhərin mərkəzində sərnişin avtobusu ağır qəza törədib.
Mili.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal rayonu ərazisində, Nərimanov heykəlinin yaxınlığında 83 saylı marşrutla hərəkət edən Daewoo" markalı sərnişin avtobusu bir neçə maşının üstünə çıxıb. Yüksək sürətlə hərəkət edən avtobus idarəetməni itirərək yol kənarındakı 3 ədəd "Mercedes" və "QAZ-24" markalı avtomobillərə çırpılıb, sonra isə ağaca dəyərək dayanıb. Avtobusun sürücüsü xəsarətlə xəstəxanaya yerləşdirilib.
Milli.Az
----------
10:20
Böyütmək üçün şəkillərə klikləyin.













--------
11:04
Videonu izləmək üçün şəklə klikləyin.

---------
16:34














Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре