https://news.day.az/society/523534.html Çörək dalınca gedən sürücü "KamAZ"ı Zaqatalada aşırdı

Çörək dalınca gedən sürücü "KamAZ"ı Zaqatalada aşırdı

Общество, 28 сентября 2014 12:46 (UTC +04:00) 1 865
Çörək dalınca gedən sürücü "KamAZ"ı Zaqatalada aşırdı Day.Az представляет новость на азербайджанском языке.

Zaqatalada yük maşını aşıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü, İmişli rayon sakini Tofiq Hüseynov idarə etdiyi "KamAZ" markalı, 30 ZA 036 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını ilə Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü Tofiq Hüseynov xəsarət almasa da yük maşını qismən yararsız hala düşüb, ərazidən keçən qaz xətti zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tofiq Hüseynov yaşadığı bölgədən Zaqatalaya ot bağlamaları satmaq üçün gəlirdi.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости