Fizika İnstitutunun qadın alimini maşın vurub öldürdü - YENİLƏNİB - FOTO
Day.Az представляет новость на азербайджанском языке:
--------
13:01
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda alimin avtomobillə vurularaq öldürülməsi barədə məlumat yayıb.
APA-nın DİN-nin saytına istinadən xəbərinə görə, avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən paytaxt sakini Seyidnisə Seyidrzayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, S.Seyidrzayeva AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, alimdir.
---------
12:47
Bakıda alimi avtomobil vuraraq öldürüb.
Bu barədə "Report"a AMEA-nın Fizika İnstitutundan məlumat verilib.
Belə ki, institutun 67 yaşlı aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Seyidnisə Seyidrzayevanı avtomobil vurub. S.Seyidrzayeva xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisəni Bakı şəhər sakini Ruslan İsmayılov özünün idarə etdiyi "Daewoo" markalı avtomobillə törədib.
Şəkli böyütmək üçün klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре