"Mercedes" "KamAZ"la toqquşdu: yaralanan var

Day.Az представляет новость на азербайджанском языке.

Salyan rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində, Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil qarşıda hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. "Mercedes"in sürücüsu xəsarətsiz ötüşsə də, yanındakı sərnişin, Lerik rayon sakini, 1973-cü il təvəllüdlü Qorxmaz Mustafayev yaralanıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.