Borc müqaviləsində yenilik edildi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Mülki Məcəlləyə edilən ən son dəyişikliklə razılaşmanın yazılı olması üçün konkret məbləğ müəyyən edilib
Hazırki qaydalara əsasən hansısa məbləğin borc verilməsi zamanı mütləq yazılı formada müqavilənin olması müəyyən edilməmişdi. Yəni borc verildikdə razılıq həm şifahi, həm də yazılı ola bilər.
Mülki Məcəlləyə edilən ən son dəyişikliklə razılaşmanın yazılı olması üçün konkret məbləğ müəyyən edilib.
Yazılı razılaşmanın olub-olmamasına xüsusi nəzarət yoxdur. Sadəcə göstərilən məbləğ borc verilərkən yazılı müqavilənin olmasında daha çox borc verən tərəf maraqlı olmalıdır.
Yəni qanunvericiliyə görə tərəflər razılaşmanı yazılı formada əldə etsələr belə, notariuslara müraciət etməyə bilərlər. Hüquqşünaslar isə notariuslara müraciət etməyi tövsiyə edirlər.
3 min manat və daha cox borc verib, lakin yazılı müqavilə imzalamayanların məhkəmə çəkişməsində qalıb gəlmək şansi heçə enəcək.
Day.Az "Xəzər Xəbər"- istinadən mövzu ilə bağlı daha ətraflı material təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре