Terrorda öldüyü deyilən aktyordan xəbər gəldi

Day.Az представляет новость на азербайджанском языке

----------
16:27

Day.Az-ın məlumatına görə, yaxınları ötən gün Fransanın Nitsa şəhərində olan aktyordan xəbər ala bilib. Belə ki, Onur Büyüktopçu​ sosial şəbəkədə status yazaraq yaxşı olduğunu, İstanbula qayıtmağa hazırlaşdığını bildirib.

----------
12:28

"Kiralık aşk"ın aktyoru Fransadakı terrora "qurban" getdi?

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kiralık aşk" serialının Korişi Onur Büyüktopçu​ da dünən həmin şəhərdə olub. O, hadisədən sonra menecerinə zəng edərək: "İnsanları öldürürlər, haraya gedək - bilmirik", - deyib, daha sonra isə əlaqə kəsilib və bir daha onun telefonuna zəng çatmayıb. 

Yaxınları onunla əlaqə saxlamağa çalışsalarda, hələ də aktyorla əlaqə saxlamaq mümkün deyil.

Qeyd edək ki, ötən gecə Fransanın Nitsa şəhərində terror aktı törədilib. Terror nəticəsində ölənlərin sayı 84-ə çatıb.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.