Bakının yeni rayonu görkəmini dəyişir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Pirallahı Rayonunda Dövlət Proqramına çərçivəsində abadlıq-quruculuq işləri aparılır. Rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə salınır, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
 

Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.
 

Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılmışdır.

Rayonda əhalinin çörəkə olan tələbatı nəzərə alınaraq dövlət proqramına uyğun olaraq, S.Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır. Qeyd edək ki, bu vaxta qədər qəsəbədə çörək kombinatı olmayıb. "Cörək və un məmulatları kombin"atının 30 min əhalini çörəklə təmin edilməyə malik istehsal gücü olacaq. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün işlər tam avtomatlaşdırılacaq, kombinatda 30 nəfər işlə təmin olunacaq. Xatırladaq ki, burada muxtəlif çeşidli çörək və un məmulatı istehsal ediləcək.
 

Xüsusi vurğulamaq istəyirik ki, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərə hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
 

Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də sahibkarlığın və turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.

Böyütmək üçün şəkillərə klikləyin: