https://news.day.az/azerinews/1084345.html Bu günün HAVAsı Day.Az представляет новость на азербайджанском языке Bu gün Azərbaycan ərazisində hava şəraitinin mülayim olacağı proqnozlaşdırılıb.

Bu günün HAVAsı

Azərbaycanca, 22 января 2019 09:54 (UTC +04:00) 1 127
Bu günün HAVAsı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycan ərazisində hava şəraitinin mülayim olacağı proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da bu gün hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости