Türkiyədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var

Türkiyənin Niğde bölgəsində sərnişin avtobusu ilə toqquşan minik avtomobilin sürücüsü E.T. həyatını itirib, avtobusda olan 3 sərnişin isə yaralanıb.
Day.Az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Qəza səhər saatlarında Niğde-Altunhisar avtomobil yolunda baş verib. Sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Xəbər üzərinə qəza yerinə sağlamlıq və jandarma qrupları gedib. Təcili yatdım birqadası sürücüsü E.T.-nin hadisə yerində dünyasını dəyişdiyini müəyyən edib. Avtobusda olan yaralanan 3 sərnişinin hamısı təcili yardımla Niğde Ömer Halisdemir Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Alınan xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib. Avtobus sürücüsü S.D. jandarma tərəfindən saxlanılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре