https://news.day.az/azerinews/1716074.html Bayram günlərində bu istiqamətdə qatar reysləri təşkil ediləcək - RƏSMİ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla, hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək. Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bayram günlərində bu istiqamətdə qatar reysləri təşkil ediləcək - RƏSMİ

Azərbaycanca, 17 декабря 2024 15:25 (UTC +04:00) 482
Bayram günlərində bu istiqamətdə qatar reysləri təşkil ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla, hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Qeyd edək ki, 28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.

  • Bayram günlərində bu istiqamətdə qatar reysləri təşkil ediləcək
  • Bayram günlərində bu istiqamətdə qatar reysləri təşkil ediləcək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости