https://news.day.az/azerinews/1754431.html
Suriyanın TDT üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır - Hakan Fidan
Suriyada sabitliyin təmin olunması üçün qarşımızda tarixi bir fürsət var. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər Naziri Hakan Fidan Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri şurasının iclasında deyib.
Suriyanın TDT üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır - Hakan Fidan
Suriyada sabitliyin təmin olunması üçün qarşımızda tarixi bir fürsət var.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər Naziri Hakan Fidan Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri şurasının iclasında deyib.
O bildirib ki, Suriya rəhbərliyinin regional və beynəlxalq aktorlarla əməkdaşlığa başlaması və sanksiyaların aradan qaldırılması istiqamətində ölkəmizin apardığı intensiv diplomatik səylər sayəsində konkret nəticələr əldə etmişik.
"Bu mərhələdə Suriyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır", - deyə nazir qeyd edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре