https://news.day.az/azerinews/1762235.html 525 saylı avtobuslar bu tarixdən dəyişiləcək - ŞAD XƏBƏR Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri istismara yararsızdır. Ötən gün Masazır qəsəbəsində fəaliyyət göstərən avtobusda da təhlükəli vəziyyət yaranıb. Bəs yararsız avtobuslar nə vaxt dəyişdiriləcək?

525 saylı avtobuslar bu tarixdən dəyişiləcək - ŞAD XƏBƏR

Azərbaycanca, 21 июня 2025 10:17 (UTC +04:00) 392
525 saylı avtobuslar bu tarixdən dəyişiləcək

Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri istismara yararsızdır. Ötən gün Masazır qəsəbəsində fəaliyyət göstərən avtobusda da təhlükəli vəziyyət yaranıb. 

Bəs yararsız avtobuslar nə vaxt dəyişdiriləcək? 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 525 nömrəli avtobusun sərnişinlərinin sözlərinə görə, avtobuslar yay aylarında daha pis haldadır:

"Avtobuslar çox istidir, kondisioner yoxdur. Oturacaqlar da köhnəlib, camaat əziyyət çəkir". 

Məsələ ilə bağlı dispetçer Ramil Hacıağayev bildirib ki, avtobuslar alınaraq yenilənir. Ayın 1-dək avtobuslar dəyişiləcək. Sadəcə yollar pis gündədir, avtobuslar xəttə buraxılmasına görə çətinliklər var. 

Avtobusların yaxın zamanda yenilənəcəyini AYNA da təsdiqləyib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости