https://news.day.az/azerinews/1768598.html Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 18-də Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib

Azərbaycanca, 18 июля 2025 18:22 (UTC +04:00) 434
Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 18-də Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazirlər Kabinetindən Day.Az-а bildirilib ki, Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости