Bakıda yük maşını ilə motosikl toqquşdu,

Pirşağıda yük maşını ilə motosikl toqquşub.

Day.Az xəbər verir ki, hadisə yanvarın yanvarın 15-də saat 22:20 radələrində baş verib.

Belə ki, 20.10.2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.