Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:

  • dövlətkommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.

Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.