https://news.day.az/azerinews/1811974.html İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır - Gideon Saar İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır. Day.Az xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır - Gideon Saar

Azərbaycanca, 26 января 2026 14:19 (UTC +04:00) 325
İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır.

Day.Az xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrail Azərbaycanla iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir.

"Bu səbəbdən mən Bakıya su təchizatı, kibertəhlükəsizlik, səhiyyə, ərzaq, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən İsrailin iqtisadi təşkilat və şirkətlərini təmsil edən 40-dan çox nümayəndədən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə gəlmişəm", - deyə Saar qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости