Dövlət Gömrük Komitəsinin dörd əməkdaşına ali xüsusi rütbə verilib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib.

"gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi

Şahin Soltan oğlu Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

"gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov - Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov - Bakı Baş Gömrük İdarəsinin rəisi.