https://news.day.az/azerinews/1848001.html
Oman sahillərində Norveç tankerinə hücum olub
Norveçə məxsus tanker səhər saatlarında Oman sahilləri yaxınlığında naməlum qurğunun törətdiyi partlayış nəticəsində zədələnib. Day.Az xəbər verirki, bu barədə böhran vəziyyətlərinə operativ reaksiya göstərən "MTI Network şirkəti" məlumat yayıb.
Oman sahillərində Norveç tankerinə hücum olub
Norveçə məxsus tanker səhər saatlarında Oman sahilləri yaxınlığında naməlum qurğunun törətdiyi partlayış nəticəsində zədələnib.
Day.Az xəbər verirki, bu barədə böhran vəziyyətlərinə operativ reaksiya göstərən "MTI Network şirkəti" məlumat yayıb.
Şirkətin bəyanatında bildirilir ki, "Stolt Tankers" gəmiçilik şirkətinin məlumatına əsasən, yerli vaxtla təxminən saat 00:40-da Ərəb dənizində, Oman sahilləri yaxınlığında üzən "Stolt Magnesium" tankerində naməlum xarici qurğunun partlaması baş verib.
Şirkətin nümayəndəsi bildirib ki, xoşbəxtlikdən ekipajın bütün üzvləri salamatdır.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре