Bölgələrdə istirahət üçün ev və hotel qiymətləri AÇIQLANIB - VİDEO
Havaların isinməsi ilə bölgələrə turist axını artıb. Artan tələbat fonunda İsmayıllı, Şəki və digər turizm bölgələrində otel, kottec və fərdi yaşayış evlərinin qiymətlərində ötən illə müqayisədə təxminən 30 faizə yaxın artım müşahidə olunur.
Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, kənd evlərinin günlük kirayəsi 50-80 manatdan, otellərdə gecələmə isə 90 manatdan başlayır.
Rieltorların sözlərinə görə, xüsusilə hovuzlu bağ evləri və kotteclərə maraq yüksəkdir. Mütəxəssislər qiymət artımını mövsümi tələbatın yüksəlməsi, kommunal xərclərin bahalaşması və turizm sektorunda xərclərin artması ilə əlaqələndirirlər. Onların fikrincə, qiymətlər əsasən həftəsonları və yay aylarında daha çox yüksəlir.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре