https://news.day.az/azerinews/1851091.html Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb - FOTO

Azərbaycanca, 30 июля 2026 17:32 (UTC +04:00) 102
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə edilib.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

  • Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости