https://news.day.az/azerinews/1852692.html Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi "CityCard" ödəniş kartı, "BakıKart" mobil tətbiqi, istənilən bank kartı, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə mümkün olacaq. Bu barədə "BakıKart" məlumat yayıb.

Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Azərbaycanca, 7 августа 2026 18:16 (UTC +04:00) 209
Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi "CityCard" ödəniş kartı, "BakıKart" mobil tətbiqi, istənilən bank kartı, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə mümkün olacaq.

Bu barədə "BakıKart" məlumat yayıb.

Bildirilib ki, sərnişinlər "CityCard" ödəniş kartını 3 AZN-ə Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi filiallarından əldə edə biləcəklər.

 

Yeni sistem şəhərdə fəaliyyət göstərən avtobuslarda tətbiq edilərək sərnişinlərə gedişhaqqını daha rahat, sürətli və təhlükəsiz şəkildə ödəmə imkanı yaradacaq.

Nağdsız ödəniş imkanlarının genişləndirilməsi ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqinin artırılmasına və sərnişin təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости