https://news.day.az/azerinews/1856985.html Avrokomissiya “ChatGPT”, “Reddit” və “Roblox”a nəzarəti gücləndirir Avropa Komissiyası "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində "ChatGPT"ni çox böyük onlayn axtarış sistemi, "Reddit" və "Roblox"u isə çox böyük onlayn platformalar kimi müəyyənləşdirib. AZƏRTAC xəbər verir ki, bu xidmətlərin Avropa İttifaqında istifadəçilərinin orta hesabla ayda azı 45 milyona çatdığı bildirilib.

Avrokomissiya “ChatGPT”, “Reddit” və “Roblox”a nəzarəti gücləndirir

Azərbaycanca, 31 августа 2026 18:46 (UTC +04:00) 389
Avrokomissiya “ChatGPT”, “Reddit” və “Roblox”a nəzarəti gücləndirir

Avropa Komissiyası "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində "ChatGPT"ni çox böyük onlayn axtarış sistemi, "Reddit" və "Roblox"u isə çox böyük onlayn platformalar kimi müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, bu xidmətlərin Avropa İttifaqında istifadəçilərinin orta hesabla ayda azı 45 milyona çatdığı bildirilib.

Yeni status bu sistem və platformalar üçün daha sərt öhdəliklər müəyənləşdirir. Xidmətlər sistemli riskləri qiymətləndirməli və azaltmalı, qanunsuz məzmunun yayılması, yetkinlik yaşına çatmayanların müdafiəsi, istifadəçilərin fiziki və psixi rifahı, fundamental hüquqlar, seçki prosesləri və ictimai təhlükəsizliklə bağlı mümkün risklərə qarşı tədbirlər görməlidir.

Avropa Komissiyası bu xidmətlərin fəaliyyətini araşdırmaq və "Rəqəmsal Xidmətlər Aktı"nın tələblərinə əməl olunmasına nəzarət etmək səlahiyyəti əldə edir. Yeni öhdəliklərə uyğunlaşmaq üçün şirkətlərə bildirişdən sonra dörd ay vaxt verilib.

Komissiya vurğulayıb ki, "ChatGPT", "Reddit" və "Roblox"un milyonlarla avropalıya təsiri nəzərə alınaraq onların fəaliyyətinə nəzarət və hesabatlılıq daha da gücləndiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости