https://news.day.az/azerinews/1859732.html Türkiyənin xarici işlər naziri Suriyaya səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya səfər edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Türkiyənin xarici işlər naziri Suriyaya səfər edəcək

Azərbaycanca, 13 сентября 2026 14:36 (UTC +04:00) 149
Türkiyənin xarici işlər naziri Suriyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, səfər çərçivəsində nazirlə suriyalı həmkarı Əsəd Həsən Şeybani arasında keçiriləcək görüşlərdə Suriyada davamlı sülh, sabitlik və rifahın təmin olunması, ikitərəfli əlaqələrin inkişafı, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək.

Tərəflərin, həmçinin Suriyadakı inteqrasiya prosesi, Suriya Demokratik Qüvvələrinin (SDQ) özünü ləğv etməsi, ölkənin ərazi bütövlüyünün və dövlət qurumlarının gücləndirilməsi məsələlərini nəzərdən keçirməsi gözlənilir.

Görüşlərdə Suriyanın cənubundakı vəziyyət, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyi istiqamətində atılacaq addımların da müzakirə olunacağı bildirilir.

Səfər iki gün davam edəvək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости